Hüseyn Abızadə Azərbaycanın innovasiya ekosistemində seçilərək Koreyada treninq proqramında iştirak hüququ qazanıb.
22-02-2024, 12:57
260

Hüseyn Abızadə Azərbaycanın innovasiya ekosistemində seçilərək Koreyada treninq proqramında iştirak hüququ qazanıb.

TehsilForumu.Az - ın əldə etdiyi məlumata görə Hüseyn 11 gün ərzində Koreyada nüfuzlu ekspertlərin təşkil etdiyi sessiyalarda iştirak edəcək, həmçinin bu ölkədə yaradılmış və innovasiya sahəsində lider kimi tanınan innovasiyayönümlü şirkətlərdə də olacaq.

 

Bu barədə BANM rektoru Elmar Qasımov özünün facebook səhifəsində paylaşım edib.

 

Rektor bildirib ki, Hüseyn ən fəal tələbələrdən biridir. O,“PAŞA Holding”də innovasiyalar üzrə mütəxəssis vəzifəsində çalışır. Hüseyn daha öncə startapı üçün "SABAH.funds"dan 25 min manat investisiya əldə edib, "Enterprise Azerbaijan" portalının layihəsi olan "StartUp School" beynəlxalq təlim-müsabiqəsində 200 startap arasında I yeri tutaraq, ABŞ-da I2B təlimlərində iştirak edib. Eyni zamanda, reklam texnologiyası üzrə bazarda yenilik edən “Adlet” startapının həmtəsisçilərindəndir.
0 0

Şərhlər

Oxşar xəbərlər