Təhsildən kənarlaşan qaraçılar:
10-02-2024, 07:42
832

Təhsildən kənarlaşan qaraçılar:

Dünyadakı köçəri xalqlardan biri də Hind-Avropa mənşəyinə mənsub olan qaraçılardır. Qaraçılar Bolqarıstan, Moldova, Rusiya, Kosovo, Makedoniyada daha sıx məskunlaşıblar. Azərbaycanda da bu etnik qruplaşmaya tez-tez rast gəlmək olur. Qaraçılar Azərbaycanda əsasən Yevlax və Ağdaş rayonları ərazisində məskən salıblar.

 

Onların əsas məşğuliyyətləri dilənçilikdir. Onların əksəriyyəti Azərbaycanda qeydiyyatsız, pasportsuz yaşayır və təhsilsizdirlər.
 TehsilForumu.Az AzEdu.az -a istinadən xəbər verir ki, açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, qaraçı uşaqların təhsilə cəlb olunması üçün addımlar atılmır:“Məsələyə bir neçə aspektdən yanaşmalıyıq. Bizim konstitusiyaya əsasən hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Eyni zamanda qaraçıların və onların övladlarının bu prosesə cəlb olunması üçün adiyyatı qurumlar mütləq addımlar atmalıdır. Ümumiyyətlə hər bir inkişf etmiş cəmiyyət üçün ən böyük təhlükə cahillik və savadsızlığdır. O mənada bu insanların da maarifləndirilməsi, bilgiləndirilməsi və təhsilə cəlb edilməsi üçün mütləq şəkildə müvafiq işlər görülməlidir. Amma onun da qeyd etmək lazımdır ki, qaraçıların həyat tərzi fərqlidir. Onlar təhsilə maraq göstərmirlər. Daha çox həyatlarını pul dilənərək qurmağa çalışırlar. Daha çox övladları vasitəsilə pul qazanmaq, nələrsə əldə etməyə çalışırlar. O mənada bizim bu istiqamətdə addımlar atmağa ehtiyacımız var ki, onları biz təhsil prosesinə cəlb edək”.

 

C.Məmmədov qeyd edib ki, qaraçılarla fərdi qaydada iş aparılmalıdır:

 

“Qaraçılar daha çox tüfeyli həyat sürürlər. Bunun qarşısını almaq üçün də biz mütləq ciddi addımlar atmalıyıq. Düşünürəm ki, fərdi qaydada onlarla iş aparılmalıdır. Yəni bu proseslər nəzarətə götürülməlidir. Mərkəzi icra hakimiyyətləri, strukturları, bu prosesi nəzarətə götürməlidir. Aidiyyatı qurumlar bölgələrdə bununla bağlı araşdırmalar aparmalıdırlar. Onlar harada yaşayırlar? Nə ilə məşğuldurlar? Onların valideynləri ilə söhbət olunmalı, xəbərdarlıq edilməlidir. Biz buna müdaxilə etməsək, qarşısını almağa çalışmasaq daha təhsildən yayınan uşaqların sayı durmadan artacaq”.
Deputat bildirib ki, qaraçıların təhsilə cəlb olunması üçün Elm və Təhsil Nazirliyini və regional idarələrin üzərinə çox böyük vəzifələr düşür:“Biz bu prosesə mütləq başlamalıyıq ki, ən azından yeni dünyaya gələnlərin, ümumiyyətlə hələ gənc və cavan olanların həyatını gələcəkdə dilənçilik etməklə dolanmasından uzaqlaşdıra və çəkindirə bilək”.

 

 
0 0

Şərhlər

Oxşar xəbərlər