Dərs məşğələləri qurtardıqdan sonra evə qayıdan şagirdləri yolda avtomobil vurub.
8-02-2024, 15:44
3 633

Dərs məşğələləri qurtardıqdan sonra evə qayıdan şagirdləri yolda avtomobil vurub.

TehsilForumu.Az Şəki-Zaqatala Regional Təhsil İdarəsinin verdiyi məlumata  istinadən bildirir ki, Fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.

Məktəblilərdən ikisi - İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi dünyasını dəyişmiş məktəblilərə Allahdan rəhmət və əzizlərinə səbr, xəsarət alan məktəbliyə isə şəfa diləyirik.
1 0

Şərhlər

Oxşar xəbərlər