Təhsil fəalları mükafatlandırıldı
3-02-2024, 21:01
713

Təhsil fəalları mükafatlandırıldı

Yanvar ayının 14-də Təhsil Forumu sosial platformasının təskilati dəstəyi ilə Təhsil Fəallarının mükafatlandırması tədbiri keçirilmişdir.Tədbirdə rəsmi qonaqlar qismində Misir Mərdanov (AMEA-nın Riyaziyyat və Fizika institutunun direktoru), Ceyhun Məmmədov (Millət vəkili), Nadir İsrafilov (Təhsil eksperti), və Şahin Rəcəb (Azərbaycan Valideyn Müəllim Assosiasiyasının sədri) iştirak etmişlər.Təbdirin təşkilatçısı Elim Tağızadə hər zaman müəllimlərə mənəvi dəstək olduqları üçün platformanın "Təhsil Fəalı" medalı ilə qonaqların hər birini təltif etmişdir.Millət vəkili Ceyhun Məmmədov çıxış edərək müəllimləri təbrik etmişdir:” Azərbaycan müəllimi çox fədakardır,çox çalışqandır.Bu gün biz dinc şəraitdə,azadlıqda yaşayırıq.Bu gün biz qalıb xalqıq.Bütün bu qələbənin ,qalibiyyətin arxasında həm də müəllim əməyi dayanır.O döyüşlərdə vuruşan,torpaqlarımızın azad olunmasında qanından, canından keçən igid əsgərləri yetişdirən müəllimlərimizdir” Statın sonu.
      Təbdirin təşkilatçısı Elim Tağızadə Misir Mərdanova “Təhsil Fəalı” medalını təqdim etdikdə Misir müəllim bu medalın onun üçün çox dəyərli olduğunu vurğuladı: “ Mənim çox medallarım var ,amma bu medal mənim üçün çox dəyərlidir.Bu gün mən siz müəllimlərlə bir arada olub ,sizinlə birlikdə “Təhsil Fəalı “ medalını almaqla fəxr duyuram.Bu gün hava şəraitinin belə kəskin dəyişməsinə baxmayaraq mən bu tədbirə gəlməyi bir borc bildim.Siz müəllimlərlə yenidən bir arada olmaq çox şərəfvericidir,çox xoşdur”Statın sonu.
    Çıxışından sonra  Misir müəllim doğma və isti münasibətlə müəllimlər tərəfindən əhatə olundu ,onlarla söhbət elədi və xatirə şəkillər çəkdirildi.
       Tədbirdə təltif olunanlar arasında Quba rayonundan Dağlı kənd tam orta məktəbinin müəllimləri Ülkər Şixməmmədova ,Lalə Bədəlova ,Təngialtı məktəbinin müəllimi Nigar Əlimirzəyeva da yer alırdı.

Qəzetimizin adı ,,Həkəri" redaktor Rauf İlyasoğludur.Respublikanın Əməkdar müəllimi,”Həkəri “ qəzetinin şöbə müdiri Ülkər Şixməmmədova.
2 0

Şərhlər

Oxşar xəbərlər