Qarşı hava şəraiti ilə bağlı valideynlərə MÜRACİƏT
14-01-2024, 14:50
1 224

Qarşı hava şəraiti ilə bağlı valideynlərə MÜRACİƏT

TehsilForumu.Az xəbər verir ki , Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib.

BDYPİ-dən verilən məlumata görə, müraciətdə deyilir:

“Əziz valideynlər:

- övladlarınızı yollarda nəzarətsiz qoymayın;

- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;

- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.

Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.
3 0

Şərhlər

Oxşar xəbərlər