
Ümumi
8-12-2021, 06:42
452
Coğrafiya institutunun əməkdaşları beynəlxalq vebinarın sertifikatına layiq görülüblər
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları - Geomorfologiya və təbii risklər şöbəsinin böyük elmi işçisi Samirə Abuşova və Xəzər dənizinin səviyyə problemləri şöbəsinin böyük elmi işçisi Elnur Səfərov Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Günü münasibətilə keçirilən beynəlxalq vebinarda tədbirin təşkilatçısı olan Təbriz Universitetinin sertifikatına layiq görülüblər.
İnstitutdan TehsilForumu.Az bildirir ki, S.Abuşova tədbirdə “Coğrafi informasiya sistemlərində ekogeomorfoloji dəyərləndirmə”, E.Səfərov isə “Coğrafi informasiya sistemlərinin tətbiqi ilə səth sularının tədqiqi” mövzularında məruzə ilə çıxış ediblər.
Şərhlər