Naxçıvanda ilk dəfə müsahibə yolu ilə 11 məktəbə direktor təyin olunub...
1-12-2023, 16:06
719

Naxçıvanda ilk dəfə müsahibə yolu ilə 11 məktəbə direktor təyin olunub...

Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq müsahibə yolu ilə 11 ümumtəhsil müəssisəsinə məktəb direktoru təyin olunub.

TehsilForumu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş qaydalara uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.

Müsahibənin nəticəsinə uyğun olaraq 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb. Direktor təyin olunan məktəblər:
Heydər Əliyev adına tam orta məktəb,
Naxçıvan şəhəri 5 nömrəli məktəb,
Naxçıvan şəhəri 7 nömrəli məktəb
Naxçıvan şəhəri 17 nömrəli məktəb,
Şərur rayonu Qaraburc kənd tam orta məktəb,
Şərur rayonu Yuxarı Yaycı kənd tam orta məktəb,
Babək rayonu Qahab kənd tam orta məktəb,
Babək rayonu Göynük kənd tam orta məktəb,
Culfa rayonu Camaldın kənd tam orta məktəb,
Kəngərli rayonu Böyükdüz kənd tam orta məktəb,
Şahbuz rayonu Biçənək kənd tam orta məktəb.

Yeni təyin olunan direktorlarla dekabrın 1-də görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı və Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov iştirak edib.

Qeyd edilib ki, tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

0 0

Şərhlər

Oxşar xəbərlər