Təhsil eksperti: ““Qarabağ Universiteti” ilə bağlı sərəncamın verilməsi...”
28-11-2023, 14:29
433

Təhsil eksperti: ““Qarabağ Universiteti” ilə bağlı sərəncamın verilməsi...”

TehsilForumu.Az xəbər verir ki , “Xankəndidə “Qarabağ Universiteti”nin yaradılması çox vacib, olduqca, lazımlı bir sərəncamdır. Bilirsiniz ki, biz neçə ildir ki, Qarabağ həsrətiylə yaşayırdıq, gözləntilərimiz var idi və bu 44 günlük Vətən müharibəsiylə öz həllini tapıb”

Bunu  açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. N.İsrafilov işğaldan azad edilən ərazilərimizdə təhsil müəssisələrinin yaradılmasının əhəmiyyətindən danışıb:

“Qələbədən öncə də torpaqlar işğaldan azad ediləndən sonra bu istiqamətdə orda infrastruktur yaradılması, əhalinin o ərazilərə köçürülməsi və ondan sonra ayrı-ayrı məktəblərin, universitetlərin açılması, Bakıda olan ali məktəblərin filialların orda yaradılması nəzərdə tutulmuşdu. İndi isə bu arzularımız gerçəkləşib. Artıq Şuşada məktəb tikilib, bir neçə rayonlarımızda məktəblərin təməli qoyulub. İnfrastruktur yaranandan sonra onun səhiyyəsi də, təhsili də olmalıdır. O ərazilərdə insanlarımız məskunlaşmalıdır. 

“Qarabağ Universiteti” ilə bağlı sərəncamın verilməsi bir daha onu sübut etdi ki, Qarabağla bağlı biz qətiyyət göstəririk, bu istiqamətdə də dövlətimiz əlindən gələni edir. Qarabağın əvvəlki kimi elm, mədəniyyət, incəsənət mərkəzi kimi yenidəndirçəldilməsinə bu sərəncamın çox böyük təsiri olacaq”-deyə ekspert bildirib. 
0 0

Şərhlər

Oxşar xəbərlər