Dövlət İmtahan Mərkəzi: Sınaq imtahanlarına qeydiyyat davam edir
7-12-2021, 13:47
254

Dövlət İmtahan Mərkəzi: Sınaq imtahanlarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarına hazırlaşan şəxslər üçün sınaq imtahanları keçirilir.

Bu imtahanların iştirakçılar üçün bir sıra müsbət xüsusiyyətləri var. İlk növbədə, sınaq imtahanları vasitәsilә abituriyent indiyә qәdәr әldә etdiyi bilik sәviyyәsini yoxlamaq, sərf etdiyi əməyin nәticәsini әyani şәkildә görmәk imkanı qazanır.

DİM-dən TehsilForumu.Az  bildirilib ki, sınaq imtahanları abituriyentdə imtahan vәrdişlәrinin formalaşmasına kömәk edir. Çünki bu sınaqlar zamanı abituriyent qәbul imtahanı texnologiyasına uyğun “Sual kitabçası”, “Cavab kartı” və “Cavab vərəqi” ilә işlәyir, kartın doldurulması vә vaxtın düzgün bölüşdürülmәsi vәrdişlәrinә dә yiyәlәnir. 

Digər tərəfdən sınaq imtahanlarında әldә etdiyi nәticәlәr iştirakçıda hansı fәnn vә ya fәnlәrdәn güclü vә ya zәif olduğunuzu müәyyәnlәşdirmәyә kömәk edir. Nəhayət, sınaq imtahanlarının abituriyentə hәm dә psixoloji cәhәtdәn böyük kömәyi ola bilәr. Nәzәrә almaq lazımdır ki, iştirakçı bәzәn imtahan zamanı hәyәcan vә tәşviş keçirir.

 Bu da ona öz biliklәrini tam nümayiş etdirmәyә mane olur. Sınaqlarda iştirak edәrәk abituriyent bu arzuolunmaz ovqatı aradan qaldıra bilәr. 

Çünki sınaq imtahanları zamanı sual kitabçaları, cavab kartları, cavab vərəqləri, imtahan müddәti vә digәr amillәr eynilә qәbul imtahanlarındakı modelә uyğunlaşdırılır vә demәk olar ki, abituriyent özünü qәbul imtahanında olduğu kimi hiss edir. Bir neçә sınaq imtahanından sonra bu iştirakçıda adi hal alır vә nәticәdә tәşviş dә, hәyәcan da aradan qalxır.

Qeyd olunanları nəzərə alaraq sınaq imtahanlarının əhəmiyyətini qısa şəkildə aşağıdakı kimi ifadə etmək olar:
- İmtahan texnologiyası ilə tanış olursunuz;
- Real imtahan mühitini hiss edirsiniz;
- İmtahanda davranış qaydalarını öyrənirsiniz;
- Test tapşırığı modelləri ilə tanış olursunuz;
- İmtahan vaxtının idarə olunmasını öyrənirsiniz;
- Fənn və mövzuların öyrənilmə səviyyəsini müəyyən edirsiniz;
- Vərdiş yarandığı üçün imtahan həyəcanının azaldılmasına nail olursunuz.

Xatırladaq ki, DİM tərəfindən dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, dekabrın 26-da magistraturaya qəbul və Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə, həmçinin Xarici İşlər Nazirliyinə işə qəbul üzrə sınaq imtahanları keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə sınaq imtahanlarına qeydiyyat 9 dekabr, XİN-ə qəbul üzrə sınaq imtahanına qeydiyyat 19 dekabr, digər imtahanlara isə 16 dekabr tarixinədək davam edəcək. 

Qeyd olunan sınaq imtahanlarına DİM-in saytındakı linklər vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
0 0

Şərhlər

Oxşar xəbərlər