AzTU-da növbəti tələbə-rektor seçkisi keçiriləcək
7-12-2021, 13:25
480

AzTU-da növbəti tələbə-rektor seçkisi keçiriləcək

TehsilForumu.Az Azərbaycan Texniki Universitetində (AzTU) növbəti tələbə-rektor seçkisi üçün namizədlərin qəbuluna başlanılır.

Tələbə-rektoru niversitetin bərabər hüquqlu ictimai idarəetmə orqanlarından biridir və “Azərbaycan Texniki Universitetinin tələbə-rektorunun seçkiləri və statusu haqqında əsasnamə”yə uyğun olaraq seçilir.

Bir il müddətinə seçilən tələbə-rektor, ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edir.

Kimlər namizədliyini irəli sürə bilər?

· AzTU-nun əyani təhsil alan (sonuncu kurs tələbələri istisna olmaqla) tələbələri;

· təhsil aldığı müddətdə akademik borcu olmayan tələbələr;

· fakültə və ya universitetin İntizam Komissiyası tərəfindən tənbehi olmayan tələbələr;

· ümumi orta müvəffəqiyyət göstəricisi 81 baldan yuxarı olan tələbələr

Qeyd edək ki, namizədlərin qəbulu zamanı xarici dil biliyi olan tələbələrə üstünlük veriləcək.

Namizədlər aşağıdakı sənədləri seçki komissiyasına təqdim etməlidir:

· komissiyaya yazılı ərizə;

· namizədin anketi (CV);

· tələbə biletinin, yaxud universitetdə əyani təhsil aldığını sübut edən digər müvafiq sənədin surəti;

· oxuduğu müddətdə aldığı qiymətlər haqqında möhürlə təsdiqlənmiş akademik transkript;

Sənədlərin qəbulu üzrə elektron poçt ünvanları:


Namizədliyin irəli sürülmə tarixi: 8-12 dekabr 2021-ci il

Seçki ilk olaraq fakültələr üzrə keçirildikdən sonra Tələbə Senatı formalaşdırılacaq.

Tələbə-rektor fakültələrdən təqdim olunan namizədlər arasından seçiləcək.

Namizədliyini irəli sürən tələbələr əlavə məlumat üçün universitetin Media ilə iş və kommunikasiya şöbəsinə müraciət edilə bilərlər.
0 0

Şərhlər

Oxşar xəbərlər