
Ümumi
6-12-2021, 19:33
446
Universitet əməkdaşlarının əmək hüquqlarını pozur?
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) işçilərinin əmək hüquqlarını pozduğu iddia olunur.
TehsilForumu.Az xəbər verir ki, Bakıvaxtı.az məlumatına əsasən tibb müəssisəsi tərəfindən analıq məzuniyyətinə çıxması üçün işçiyə verilən xəstəlik vərəqəsini universitetin İnsan resursları şöbəsi qəbul etmir.
Şöbədən bildirilib ki, fakültənin dekanı və nəzarətçisi xəstəxananın verdiyi sənədin üzərinə “etiraz etmirəm” yazıb imzalamalıdır. Əks halda xəstəlik vərəqəsi qəbul edilməyəcək və məzuniyyət verilməyəcək.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətlər nəzərdə tutulur.
“Xəstəxana tərəfindən verilən rəsmi sənədin üzərində hər hansı əlavə qeydin aparılması tələbinin iddia olunması əsassızdır. Bu günə qədər ADPU-da hər bir şəxs qanunvericiliklə hüququ olan bütün məzuniyyət növlərindən istifadə edib və bundan sonra heç bir çətinlik yaradılmayacaqdır”.
Bu barədə isə ADPU-nun mətbuat xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, ali təhsil müəssisəsinin əməkdaşı hər hansı yalnış anlaşılma ilə qarşılaşıbsa, Azərbaycan Dövlət Pedaqoji Universitetin rəhbərliyi lazım olan dəstəyi göstərməyə hər zaman hazırdır.
Şərhlər