Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbin yeni binası şagirdlərin istifadəsinə verilib.
21-09-2023, 15:36
357

Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbin yeni binası şagirdlərin istifadəsinə verilib.

TehsilForumu.Az xəbər verir ki , Sentyabrın 18-də Heydər Əliyev fondu tərəfindən əsaslı təmir edilmiş Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbin yeni binası şagirdlərin istifadəsinə verilib.

Qeyd edək ki, Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbi 800 şagird yerlikdir. Təhsil müəssisəsi fond tərəfindən zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib, məktəbin həyətyanı ərazisi abadlaşdırılıb.


0 0

Şərhlər

Oxşar xəbərlər