Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən tədbirlər keçrilib.
19-09-2023, 19:10
250

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən tədbirlər keçrilib.

TehsilForumu.Az xəbər verir ki , 19 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən Xınalıq və Buduq kəndi ərazi partiya təşkilatlarının partiya fəalları ilə keçirilən görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova, təşkilatın əməkdaşları, ictimaiyyət nümayəndələri və ətraf kəndlərin sakinləri iştirak edirdi. Tədbir Xınalıq kənd tam orta məktəbin binasında keçirildi. Əvvəlcə görüş iştirakçıları Ulu öndər Heydər Əliyevin və torpaqlarımız azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. 
   Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova 2023-cü ilin Ulu öndər Heydər Əliyev ili olduğunu qeyd edərək, Ulu Öndərin həyat və fəaliyyətindən, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin son 20 ildə gördüyü işlərdən, 44 günlük Vətən Müharibəsində qazanılan qələbəmizdən danışıb, bu gün aparılan uğurlu iqtisadi-siyasi islahatlar haqqında geniş məlumat verib. 
   Fidan xanım Yeni Azərbaycan Partiyasının 30 ildən artıq bir dövr ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini tədbir iştirakçılarının diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyini bildirib.
   Sədr, qalib Azərbaycan dövlətinin və xalqının iradəsini ifadə edən Yeni Azərbaycan Partiyasının qarşısında mühüm vəzifələrin durduğunu bildirərək vurğuladı ki, YAP Quba rayon təşkilatı Ümumilli Lider Heydər Əliyev idealarına daim sadiq olmaqla fəaliyyəti dövründə öz işini partiyanın qəbul edilmiş Nizamnamə və Proqramına uyğun qurmaqla Prezident , Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP –ın VII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün öz səylərini nümayiş etdirir. 
    Tədbirdə Xınalıq kəndi ərazi partiya təşkilatının sədri İldırım Zeynalov, Buduq kəndi ərazi partiya təşkilatının sədri Şahin Həsənov, Rüfət Kəlbiyev adına Xınalıq Kənd İnternat tam orta məktəbinin direktoru Yunis Dəmirov çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyev öz misilsiz xidmətləri ilə xalqına müstəqillik bəxş edən, onu inkişafa, firavanlığa çatdıran dahi lider olmuşdur.Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. Azərbaycanın müstəqilliyi və dövlətçilik ənənələri müdrik dövlət xadimi Heydər Əliyevin siyasi iradəsi sayəsində bərpa edilib.Bu gün müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyev ideyaları ilə yaşayır və bu ideyalar ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. 
    Natiqlər göstərilən yüksək diqqət və qayğıya görə Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
   Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvələrə vəsiqələr təqdim olundu.
1 0

Şərhlər

Oxşar xəbərlər