
Ümumi
6-12-2021, 17:32
732
DİM Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləri üçün monitorinq imtahanları keçirəcək
Dekabrın 9-10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə monitorinq imtahanları keçiriləcək.
DİM-dən TehsilForumu.Az- a bildirilib ki, imtahanlar IV və V sinif şagirdləri üçün 1 mərhələdə, digər siniflər üzrə isə 2 mərhələdə keçirilir.
Hər mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilir.
Azərbaycan dilində aparılacaq imtahanlar Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunacaq.
İmtahanların siniflər və mərhələlər üzrə keçirilmə vaxtı DİM-in saytında müvafiq cədvəldə qeyd olunub.
Şərhlər