
Ümumi
18-09-2023, 12:55
266
2023/2024-cü tədris ilinə hazırlıq çərçivəsində Bakıda və regionlarda STEAM təlimləri keçirilib.
TehsilForumu.Az xəbər verir ki , 2023/2024-cü tədris ilinə hazırlıq çərçivəsində Bakıda və regionlarda STEAM təlimləri keçirilib.
Bu barədə Təhsil İnstitutundan məlumat verilib.
Bakı Avropa Liseyinin STEAM Mərkəzində, 20 nömrəli məktəb-liseydə, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında və 6 nömrəli məktəb-liseydə təşkil olunan təlimlər uğurla başa çatıb.
Qeyd edək ki, təhsilimizin qloballaşan dünyaya inteqrasiyasının prioritet sahə olduğunu nəzərə alaraq 2019-2020-ci tədris ilindən başlayaraq ölkəmizdə “STEAM Azərbaycan” layihəsi tətbiq olunur. Layihənin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmək qabiliyyətlərini yüksəltməkdir.
Şərhlər