Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə “Bilik Günü” tədbiri keçirildi
15-09-2023, 12:43
258

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə “Bilik Günü” tədbiri keçirildi

Elm və Təhsil Nazirliyindən  bildirilib ki, 2023-2024-cü tədris ilində sözügedən məktəbdə 160 şagirddən ibarət 11 sinif təşkil edilib və 15 müəllim burada tədris aparacaq.

 

TehsilForumu.Az ,qeyd edək ki, 960 şagird yerlik ikimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur. Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir.

0 0

Şərhlər

Oxşar xəbərlər