Ümumi
14-09-2023, 22:38
505
Sübhan Xəlilov : Təhsilin səviyyəsi və nəticələri aşağı olan ümumtəhsil məktəblərinə aid olan problemlər:
TehsilForumu.Az təqdim edir.
Məktəb direktorları pedaqoji prosesin təşkilatçısına, yaxud pedaqoji liderə çevrilə bilmir. Elə məktəb direktorları var ki, onlar illərlə əvvəlki iş üsulunu dəyişməyib, öz üzərində işləmir, müasir idarəetmə tələbləri haqqında məlumat əldə etmək istəmir. Ümumi təhsilin idarə olunması - hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, inkişafın monitorinqi ən yaxşı halda direktorların işə qəbulu müsabiqəsində yada düşür (yalnız müsabiqəyə hazırlaşanlar). İş prosesində isə bunlar tamamilə unudulur. Yaxud bunların praktiki icrasını həyata keçirə bilmir, bacarmırlar. Hər bir məktəbin nəticələri, irəliləyişlər və geriləmələr geniş şəkildə təhlil edilərək pedaqoji kollektivdə müzakirə edilmir. Sənədləşdirilən məktəb pedaqoji şuraları reallığı əks etdirirmi, müzakirələr necə keçirilir? Yaxud heç keçirilirmi? Məktəb rəhbərliyi tərəfindən məktəblərin fəaliyyəti ətraflı, analitik təhlil olunmur. Hər müəllimin nöqsanı, uğuru, məktəbin səviyyəsi qeyri- müəyyənlik şəraitində qalır. Hər bir müəllim, ümumilikdə pedaqoji kollektivin qarşısında reallaşması mümkün olan və irəliyə aparan hədəflər qoyulmalı və bu prosesin gedişi izlənilməli, qiymətləndirilmələr aparılmalıdır. Təhlillər yarımillik, illik, bir neçə illik olaraq aparılmalıdır, hər kəsin məsuliyyəti müəyyən edilməlidir. Belə məktəblərdə qabaqcıl dünya təcrübəsi ilə maraqlanılmır. Respublikada, rayonda uğur qazanmış qabaqcıl müəllimlərin, məktəblərin iş təcrübəsi öyrənilmir !!

Şərhlər