MƏKTƏBDƏ İLK GÜN: UŞAQLARI NECƏ QARŞILAYAQ ?
14-09-2023, 16:54
516

MƏKTƏBDƏ İLK GÜN: UŞAQLARI NECƏ QARŞILAYAQ ?

TehsilForumu.Az xəbər verir ki , Sabah yeni tədris ili başlayır. Hər il məktəbə gedən şagirdlərin arasında birincilər daha çox diqqət mərkəzində olurlar. Birincilərin arasında ağlayanlar, valideynlərindən ayrılmaq istəməyənlər isə hər sinifdə olur. Buna səbəb nələrdir? Uşaqların qorxusunu necə almaq olar? Burada valideyn və müəllimlərin üzərinə nələr düşür? “Müəllim yol göstərən, şagirdlər isə yolçudur”

Müəllim şagirdi inandırmağı bacarmalıdır ki, birlikdə uzun, maraqlı macəralı bir səyahətə çıxırlar. Hansı ki, müəllimə yolgöstərən, şagirdlər isə yolçudur. Və bu yolda müəllimdən çox şeyi öyrənərək, bilik və bacarıqlara yiyələnəcəklər.



İbtidai sinif müəllimi Nigar Məmmədova:“Müəllimin gözündə sevgi olmalıdır”

Nigar müəllimə bildirir ki, ilk dərs günündə şagirdlərin bəzilərində qorxu, bəzilərində narazılıq, bəzilərində isə həyəcan olur:

“Onları ancaq sevgi ilə ələ almaq lazımdır. Müəllimin gözündə sevgi olmalıdır. Uşaq səni sevsə də, sevməsə də, fikri həmişə müəllimə də olur. Müəllim sevgini uşağa ötürə bilsə, o həyəcan ötüb gedəcək. Uşaq var ki, məktəbə gələndə bir ay ağlayır, uşaq da var ki, bir günə bütün qorxu, həyəcanı, ağlamağı yox olub gedir”.“Hər şey müəllimənin üzərinə düşür”

Mən belə düşünürəm ki, Hər şey müəllimənin üzərinə düşür. Valideynlər çox vaxt müəllim seçimində tələbkar birini axtarırlar. Onlar hökümlü müəllim axtarırlar və düşünürlər ki, bununla onların uşaqları yaxşı oxuyacaq. Özüm də rastlaşıram ki, kim uşağını gətirirsə, deyir tələbkar olsun, uşağı lap döysün, ancaq övladım yaxşı oxusun. Mən bu fikirlə razı deyiləm. Uşağı qol gücünə yox, başına sığal çəkməklə, xoş söz deməklə, həvəsləndirməklə, oyunlar keçirməklə öz xoşuna dərsi sevdirmək lazımdır. Elə etmək lazımdır ki, uşaqlar sevə-sevə məktəbə, dərsə gəlsin.“Özümə qarşı sevgi yarada bilmişəm”

Dəfələrlə valideynlər gəlib mənə bildirib ki, övladım xəstə ola-ola deyir ki, məni geyindir, Nigar müəllimənin dərsinə gedirəm. Bu hal məni çox sevindirir ki, şagirdlərimdə dərsə, özümə qarşı sevgi yarada bilmişəm. Mən də onların hər birini sevirəm.Məktəbə adabtasiya həm evdə, həm bağçada, həm də məktəbdə ardıcıl şəkildə aparılmalıdır. Əgər hər bir valideyn üzərinə düşən məsuliyyəti dərindən dərk etsə və məsələyə həssas yanaşsa, gələcəyimiz olan uşaqlar da məktəbə çəkinmədən, tam hazır vəziyyətdə gedərlər.

Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin müəllimi Nigar Məmmədova 

 

 

 
0 0

Şərhlər

Oxşar xəbərlər