
Ümumi
13-09-2023, 10:14
332
Qubanın Yerfi kəndində şəhid İsmayıl Məmmədovun ailəsi ziyarət olunub...
TehsilForumu.Az xəbər verir ki ,12 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova, təşkilatın əməkdaşları və partiyanın fəalları 44 günlük Vətən müharibəsində qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidimiz, rayonun Yerfi kəndindən olan şəhid Məmmədov İsmayıl Fazil oğlunun ailəsini ziyarət etmişlər.
Görüşdə İsmayıl Məmmədovun keçdiyi şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından söhbət açılıb, şəhid ailəsinin qayğı və problemləri dinlənilib. Sədr dövlət başçısının şəhid ailələrinə və qazilərə həssas münasibətindən söz açaraq, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini qeyd edib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, İsmayıl Məmmədov Suqovuşan uğrunda gedən döyüşlərdə mərdliklə savaşmış və 2020-ci il oktyabrın 12-də şəhidlik zirvəsinə ucalmışdır. Oktyabrın 14-də Yerfi kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Məmmədov İsmayıl Fazil oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə ”, ”Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!
Bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Şərhlər