
Ümumi
6-12-2021, 16:34
617
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri “YARAT” Müasir İncəsənət Mərkəzində
Bu barədə TehsilForumu.Az BDU-dan məlumat verilib. Bildirilib ki, ekskursiya zamanı tələbələrə 2015-ci ilin mart ayından fəaliyyət göstərən “YARAT” Müasir İncəsənət Mərkəzi haqqında məlumat verilib, mərkəzin yalnız Azərbaycanda deyil, regionda müasir incəsənətin inkişafına töhfələr verdiyi diqqətə çatdırılıb.
Tələbələr mərkəzdə rəssam Rəşad Ələkbərovun eksperiment çərçivəsindən kənara çıxmış multidisiplinar fərdi sərgisi ilə tanış olublar.
Rəssamın modern tərzdə təqdim edilən sərgisi tələbələrin marağına səbəb olub, onlar sərgi labirintində iştirak ediblər.
Şərhlər