
Ümumi
8-09-2023, 19:59
323
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən Qonaqkənd ərazi partiya təşkilatının partiya fəalları ilə görüş keçirib
TehsilForumu.Az xəbər verir ki, 08 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən Qonaqkənd ərazi partiya təşkilatının partiya fəalları ilə keçirilən görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova, təşkilatın əməkdaşları, ictimaiyyət nümayəndələri və ətraf kəndlərin sakinləri iştirak etmişlər. Görüş iştirakçıları əvvəlcə Qonaqkənd qəsəbəsinin mərkəzində ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsini və Qəhrəman şəhidlərin adına tikilmiş xatirə-bulaq kompleksini ziyarət etmiş, gül dəstələri düzmüşlər.
Daha sonra tədbir Qonaqkənd qəsəbə mədəniyyət evində davam etdirildi. Əvvəlcə görüş iştirakçıları Ulu öndər Heydər Əliyevin və torpaqlarımız azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova görüş iştirakçılarını salamlayaraq öz çıxışında 2023- cü ilin Ulu öndər “Heydər Əliyev ili “ olduğunu görüş iştirakçılarının nəzərinə bir daha çatdırdıraraq, Ümumilli Liderin fəaliyyətindən, ölkəmiz üçün gördüyü əvəzsiz işlərdən ətraflı şəkildə məlumat verdi.
Sədr Fidan xanım Hüseynova Heydər Əiiyev İli ilə əlaqədar Quba rayon ərazisində keçirilən silsilə tədbirlərdən danışaraq, həmçinin Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin son 20 ildə gördüyü işlərdən, 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi Zəfərimizdən danışıb, müharibədən sonra aparılan məqsədyönlü siyasət, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə əlqədar işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri barədə ətraflı məlumat vermişdir.
Sədr onu da, qeyd etdi ki, YAP Quba rayon təşkilatı Ümumilli Lider Heydər Əliyev idealarına daim sadiq olmaqla fəaliyyəti dövründə öz işini partiyanın qəbul edilmiş Nizamnamə və Proqramına uyğun qurmaqla Prezident , Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP –ın VII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün öz səylərini nümayiş etdirir.
Görüş iştirakçılarından Bəxtiyar Məstanov, Şahbaz Alxasov, Əli Rəsulov, Ağasəf Cəmiyev çıxış edərək qəsəbənin mövcud problemləri ilə bağlı müraciətlərini gündəmə gətiriblər. YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova görüş iştirakçılarını dinləyərək problemlərin aradan qaldırılması ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.
Görüş iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Şərhlər