
Ümumi
6-12-2021, 12:54
951
Müəllimlərin sertifikasiyası dalana dirənib
Sertifikasiyanın keçirilməsi ümumi götürdükdə əlbəttə vacib prosesdir, amma düzgün şəkildə keçirilərsə".
Bu fikirləri TehsilForumu.Az - a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.
Ekspert həmçinin qeyd edib ki, sertifikasiyanın keçirilməsinin fərqli tərəfi odur ki, atestasiya sırf intizami nöqteyi nəzərindən qiymətləndirmə sayılır:
"Sertifikasiya bilik və bacarıqların qiymətləndirilməsi üzrə həyata keçirilir. Belədə bilik və bacarığı, ixtisası üzrə potensial imkanları yüksək olan müəllimlər daha çox üstünlük qazanırlar. Aşağı bal alan müəllimlərlə bağlı da müvafiq qaydalar müəyyən olunacaq. Onların təlimlərə cəlb edilməsi mümkündür, yaxud əmək fəaliyyətlərinə də xitam verilə bilər. Sertifikasiyanın keçirilməsinin başlıca məqsədi sırf müasir təhsil standartlarına cavab verən pedaqoji heyətin formalaşmasıdır".
Elçin Əfəndi onu da vurğulayıb ki, mövcud təhsilə uyğun davranan pedaqoji heyəti formalaşdıra bilsək, inkişafa müəyyən töhfə verilmiş olarıq:
"Prosesin 5 ildən bir keçirilməsi nəzərdə tutulur. Bu barədə 2 ildən çoxdur müzakirələr aparılır, amma hələ də proses başlamayıb. Xatırlayırsınızsa, Mikayıl Cabbarovun təhsil naziri olduğu dönəmdə diaqnostik qiymətləndirmə həyata keçirilməyə başlamışdı. O da bir növ sertifikasiyaya yaxın bir qiymətləndirmə üsulu idi. Sonra sertifikasiyanın keçirilməsi təklifi irəli sürüldü. Nazirlər Kabineti qaydaları müəyyənləşdirdi. Hazırda imtahanın hansı zamanda, hansı şəkildə keçirilməsi ilə bağlı konkret addımlar atılmır. İmtahan test, eyni zamanda müsahibə mərhələsindən ibarət olacaq. Sertifikasiyanən özü isə ümumilikdə mütərəqqi addımdır və yüksək potensiallı kadrların hazırlanmasına xidmt edir.
Ekspert sertifikasiyanın keçirilmə vaxtına da toxunub:
"Sertifikasiyanın noyabr-dekabr aylarında keçiriləcəyi nəzərdə tutulur. Noyabr bitib, dekabr başlayıb. İmtahanın elanları, məumatları yayılmalıydı. Düşünürəm ki, imtahan bu il keçirilməyəcək. Əgər 2022-ci ilin ilk aylarında da proses başlamasa, payızı gözləməli olacağıq. Yayda müəllimlərin işə qəbul imtahanları keçirilir, qarışıq bir dövr yarana bilər".
Şərhlər