
Ümumi
5-08-2023, 10:23
512
Təhsil işçiləri və fənn müəllimləri üçün qiymətləndirmə düşərgəsi keçiriləcək
TehsilForumu.Az xəbər verir ki, Avqustun 9-11-də Təhsil İnstitutu və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində təhsil işçiləri və fənn müəllimləri üçün qiymətləndirmə düşərgəsi keçiriləcək.
Təhsil İnstitutundan verilən məlumata görə, düşərgənin keçirilməsində əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunu anlamaq, eləcə də onların səriştə əsaslı qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində bilik və bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, düşərgə iştirakçıları şagirdlərin oxu və riyaziyyat üzrə biliklərinin real həyatda tətbiqi üzrə qiymətləndirmə vasitələri hazırlayacaqlar.
Düşərgənin sonunda iştirakçılar sertifikatla təltif olunacaq.
Şərhlər