
Ümumi
9-06-2023, 07:26
1 623
"Tədris ilini sentyabrın 1-də başlayıb 31 mayda bitirmək lazımdır"
“Hesab edirəm ki, tədrisi iyunun 1-dən 14-nə qədər təşkil etmək ehtiyac olmayan addımdır".
TehsilForumu.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
O, tədris ilinin sentyabrın 1-də başlayıb 31 mayda bitməsinin tərəfdarı olduğunu bildirib:
"Bəli, ola bilər ki, biz tədrisin müddətini uzatmaq istəyirik, lakin hazırda Azərbaycanda günəşin işıqlığı və hava temperaturunu, şagirdlərin fiziki, psixoloji vəziyyətini nəzərə alaraq tədris ilini sentyabrın 1-də başlayıb 31 mayda bitirmək lazımdır. Biz 1 iyundan 14 iyuna qədər olan vaxtı 1 sentyabrla əvəz etməliyik və bu zəruridir".
Şərhlər