Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən üzvlük vəsiqələrinin təqdim edilməsi ilə əlaqədar tədbir keçirildi
2-06-2023, 13:57
341

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən üzvlük vəsiqələrinin təqdim edilməsi ilə əlaqədar tədbir keçirildi

TehsilForumu.Az xəbər verir ki , 02 . İyun 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının Quba şəhəri, Heydər Əliyev pr.139(Mədəniyyət şöbəsi) ərazi partiya təşkilatı tərəfindən partiya sıralarına yeni qəbul olunanlara, o cümlədən Şəhidimiz Məhəmmədov Musanın anası Rübabə Məhəmmədovaya üzvlük vəsiqələrinin təqdim edilməsi ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.


0 0

Şərhlər

Oxşar xəbərlər