Lənkəranda məktəb direktoru və LDU-nun müəllimləri qəzaya düşüb
28-05-2023, 16:36
943

Lənkəranda məktəb direktoru və LDU-nun müəllimləri qəzaya düşüb

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 TehsilForumu.Az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Lənkəran rayonunun Hirkan - Daşdatük - Biləsər yolunda qeydə alınıb.

 

Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistləri daşıyan iri tutumlu avtobusla toqquşub.

 

Nəticədə "Nissan Tida"nın sürücüsü və maşındakı sərnişinlər – 1957-ci il təvəllüdlü Tahir Zülfüqarov və 1951-ci il təvəllüdlü Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhərində 2 saylı məktəbin direktorudur. Şakir Həbibov LDU-nun riyaziyyat kafedrasının müəllimidir. Tahir Zülfüqarov isə LDU-da inzibati işə çalışır.

 

Turist avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.
0 0

Şərhlər

Oxşar xəbərlər