Quba Rayonunda " Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilmişdir.
23-05-2023, 15:21
343

Quba Rayonunda " Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilmişdir.

TehsilForumu.Az xəbər verir ki , 23 may 2023-cü il tarixdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə yaradılmış Ulu Öndər Heydər Əliyevin xatirə guşəsinin açılışı, ardınca Quba Rayon İcra Hakimiyyətinin və “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasının akt zalında “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin kollektivi iştirak etmişdir.
0 0

Şərhlər

Oxşar xəbərlər