“Təhsil Forumu – 2023” sosial platforması Şuşaya səfər edib – FOTOLAR
22-05-2023, 05:20
2 369

“Təhsil Forumu – 2023” sosial platforması Şuşaya səfər edib – FOTOLAR

TehsilForumu.Az  xəbər verir ki , ötən gün “Təhsil Forumu – 2023” sosial platformasının ümumilikdə 50 nəfər olmaqla bir neçə region koordinatoru və komanda üzvləri platformanın yaranmasının dördüncü ili münasibəti ilə Şuşa şəhərinə səfər edib.

Sosial platformanın rəhbəri Emil Tağızadə səfər haqqında Mektebgushesi.az -a açqlamasında bildirib ki, yüz əlli min nəfər üzvü özündə birləşdirən “Təhsil Forumu – 2023” sosial platformasının Şuşaya səfərində məqsəd həm şəhəri gəzmək, görmək həm də region kordinatorlarının və platformada təmsil olunan məsul şəxslərin tanışlığı, işlərinin əlaqəli qurmaları və 4 illik fəaliyyətini müzakirə etmək idi. Düşünürəm ki, arzumuzu reallaşdıra bildik. Həm yol boyu həm də Şuşa şəhərində görməli yerləri gəzərkən gələcək planlarımızı müzakirə etdik.

Emil Tağızadə platforma üzvləri  və region koordinatorlarının  iştirakı ilə şəhərin “Qala qapısı” adlanan yerində açıq havada qısa hesabat verdiklərini bildirib.
8 1

Şərhlər

Oxşar xəbərlər