"Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin final mərhələsi başa çatıb
7-05-2023, 14:11
469

"Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin final mərhələsi başa çatıb

TehsilForumu.Az Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi keçirir.

Fonddan bildirilib ki, müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsidir.

İki mərhələdən ibarət olan müsabiqəyə 20 gün ərzində 28 ali təhsil müəssisəsindən 150 müraciət daxil olub.

Tələbələr “İnklüziv təhsilin İnkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər.

Birinci mərhələdə iştirakçılar tərəfindən hazırlanan təqdimat mövzunun aktuallığı, faydalılığı, kontenti və dizaynı kimi meyarlar üzrə qiymətləndirilib.

İkinci mərhələdə isə iştirak hüququnu qazanan 11 nəfər finalçı təkliflərini mayın 4-5-də peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediblər.

Finalçılar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Nuray Nəzərli, Asim Əzizov və Mikayıl Zeynalabdinov, Lənkəran Dövlət Universitetinin tələbəsi Rövşən Ağasizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Səbinə Zülfiyeva və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Sima Məmmədovadır.

Müsabiqənin yekun nəticələrinin mayın 10-dək açıqlanması gözlənilir.
5 0

Şərhlər

Oxşar xəbərlər