
Ümumi
4-12-2021, 08:36
1 174
Elektrik qızdırıcısı məktəbdə yanğına səbəb oldu: Şagirdlər təxliyə edildi
Şəmkirdə məktəbdə yanğın olub.
TehsilForumu.Az - hadisə rayondakı Cahangir Rüstəmov adına tam orta məktəbdə qeydə alınıb. Orta məktəbdə elektrik naqillərində baş verən qısaqapanmadan yanğın hadisəsi baş verib.
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı tez bir zamanda alınıb. Şagirdlər təxliyə edilib.
Məlumata görə, yanğın sinif otağındakı elektrik qızdırıcısından qaynaqlanıb.
Şərhlər