Xaçmazda itkin düşən məktəbli qardaşlar tapılıb
22-04-2023, 19:22
979

Xaçmazda itkin düşən məktəbli qardaşlar tapılıb

Xaçmaz rayonunda itkin düşən məktəbli qardaşlar tapılıb.

TehsilForumu.Az APA- ya  istinadən xəbər verir ki , 3 gün əvvəl itkin düşən 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənanın yeri müəyyən edilib.

Onların atası Tural Muradovun APA-yaverdiyi məlumata görə, uşaqlar Xaçmaz ərazisində tapılıblar.

Onlar ailələrinə təhvil verilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan uşaqların tapılması barədə məlumatı təsdiq ediblər.

10:40

Xaçmazda iki məktəbli itkin düşüb.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər sakinləri, 9 saylı məktəbin 10-cu sinif şagirdi Nicat Muradov və onun qardaşı, 7-ci sinif şagirdi Kənan 3 gün öncə dərsdən çıxıb və evə qayıtmayıblar.

Onları görən şəxslərdən bu barədə polisə və ya (055/070) 234-50-30 mobil nömrələrinə məlumat vermələri xahiş olunur.
0 0

Şərhlər

Oxşar xəbərlər