
Ümumi
3-12-2021, 17:56
1 065
Öyrənmə və qavrama üsulları
1. Bəzi insanlar məlumatı gördükdə, daha yaxşı qavrayırlar. Məsələn, diaqramlar, sxemlər, şəkillər və ya cədvəllərə baxaraq daha çox məlumat əldə etdiyinizi və qavradığınızı görsəniz, demək ki, vizual öyrənənsiz.
Quba rayonu Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin ibtidai sinif müəllimi Nigar Məmmədova.
2. Mühazirə dinləməklə, müzakirələr aparmaqla və ya müxtəlif videolarda başqalarına qulaq asmaqla öyrənməyə üstünlük verirsinizsə, o halda auditoriya (eşidərək öyrənən) tipisiniz.
3. Əgər mühazirələrə nifrət edirsinizsə, parta arxasında oturmağı, kitab oxumağı sevmirsinizsə, lakin fiizki fəaliyyət zamanı (oyunlar, idman, laboratoriya təcrübələri və s) ən yaxşı nəticələr göstərirsiznisə, deməli kinesteteik öyrənən (qavrayan) tipsiniz.
Öyrənmə (qavrama) tərzinizin necə olduğunu bilmirsinizsə, aşağıda göstərilən linkə daxil olun, orada göstərilən suallara cavab verməklə, öyrənmə tərziniz müəyyən edə bilərsiniz:
https://vark-learn.com/the-vark-questionnaire/?p=questionnaire
Öyrənmə (qavrama) tipinizi müəyyənləşdirdikdən sonra, öyrənmə (qavrama) fəaliyyətinizin səmərəli olması üçün aşağıda göstərilənlərə əməl edin:
Əgər siz visual qavrayıcısınızsa:
- daha yaxşı anlamağınızı təmin etmək məqsədi ilə şəkil və diaqramlar çəkin;
- dərs zamanı qeydlər edin, şəkillər, sxemlər, diaqramlar çəkin və s.
Əgər siz auditoriya qavrayıcısınızsa:
- Suallarınıızı verə biləcəyiniz və müzakirə edəcəyiniz qrup şəklində diskussiyalara qatılın;
- Eşitdiyiniz bütün məlumatları konspektləşdirin;
- Müxtəlif sosial şəbəkələrdə Sizi maraqlandıran mövzulara aid video-çarxlar izləyin.
Nəhayət, üçüncü - kinestetik qavrayıcılardan danışmazdan əvvəl az da olsa “kinestetik öyrətmə nədir” sualına qısaca cavab verək: kinesteteik öyrətmə təhsil alanların biliklərinin, mühazirə dinləmək və ya öyrədici videolar seyr etmək yerinə fiziki aktivliyin köməkliyi ilə öyrədilməsi və möhkəmləndirilməsidir.
Beləliklə, əgər Siz kinestetik qavrayıcısınızsa:
- Rol oyunları (məlumat hər hansı bir səhnəciyi oynamaqla, orada rol almaqla daha yaxşı qəbul edilir);
- Yarışmalar;
- Ekskursiyalar (kinestetiklər üçün görmək və toxunmaq, oxumaq və eşitməkdən daha vacibdir);
- Layihələr (buraxılan səhvlərdən daha çox şey öyrənmək olar, necə deyərlər, “lesson learned” tərzi) və s..
Demək, hər bir kəs özünəməxsus şəkildə öyrənmə (qavrama) üsulunu seçir. Bəziləri görərək, bəziləri eşidərək, bəziləri də edərək öyrənirlər. Eyni zamanda bu üç tərzi birləşdirərək daha yaxşı nəticələr əldə etmək olar.
Quba rayonu Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin ibtidai sinif müəllimi Nigar Məmmədova.
Şərhlər