Qazaxıstan - Məktəbliləri kütləvi şəkildə zəhərləniblər
24-03-2023, 13:29
210

Qazaxıstan - Məktəbliləri kütləvi şəkildə zəhərləniblər

Qazaxıstanın Çimkənd şəhərində keçirilən olimpiadada istedadlı məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.



Məlumata görə, şəhərdə riyaziyyat fənni üzrə olimpiada təşkil olunub. Burada 900-dən çox uşaq iştirak edib. Onlardan 12-si xəstəxanaya yerləşdirilib.



“Günün sonuna qədər olimpiadanın 904 iştirakçısından 12-də qızdırma, mədə-bağırsaq traktının disfunksiyası ilə bağlı nasazlıq əlamətləri yaranıb”, - ölkənin Təhsil Nazirliyindən bildirilib.

Hazırda həkimlər zərərçəkənlərə nəzarət edirlər. Onlar gənc riyaziyyatçıların necə və nə ilə zəhərlənə biləcəyini müəyyənləşdirirlər.
0 0

Şərhlər

Oxşar xəbərlər