Bu tarixdə imtahan keçiriləcək
24-03-2023, 07:22
439

Bu tarixdə imtahan keçiriləcək

TehsilForumu.Az xəbər verir ki , Dövlət İmtahan Mərkəzində martın 25-də TOEFL iBT imtahanı keçiriləcək.



Bu barədə DİM-dən məlumat verilib.



Bildirilib ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.



İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.



İmtahan saat 09:00-da başlanır.



TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.



TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
0 0

Şərhlər

Oxşar xəbərlər