Quba - Xaçmaz Regional Təhsil İdarəsinin bölgəsinin məktəb və bağçalarında Novruz şənlikləri keçirilib
22-03-2023, 14:10
274

Quba - Xaçmaz Regional Təhsil İdarəsinin bölgəsinin məktəb və bağçalarında Novruz şənlikləri keçirilib

Quba - Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.

Məktəb və Bağçalarda "Novruz gəlir, yaz gəlir", "Novruz adət-ənənələri" mövzularında tədbirlər və bədii-kompozisiyalar təşkil olunub.

Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edilib, şeirlər səsləndirilib, maraqlı səhnəciklər nümayiş etdirilib. Balaca fidanların ifasında milli rəqslər, xalq oyunları, keçəl və kosanın məzəli əhvalatları tədbirlərə rəngarənglik qatıb.
0 0

Şərhlər

Oxşar xəbərlər