İmtahanın çətinliyi ilə bağlı iddialar əsassızdır - DİM sədri
17-03-2023, 13:33
628

İmtahanın çətinliyi ilə bağlı iddialar əsassızdır - DİM sədri

TehsilForumu.Az xəbər verir ki , "İmtahanda Azərbaycan dili fənnindən təqdim olunan mətinin çətin olması ilə bağlı iddialar əsassızdır".

 

Bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.


"Bizə çox mürəkkəb mətn verdiyimizlə bağlı irad tutulur. Biz imtahanda bədii və publisitik mətn təqdim etmişik. Biz təsdiq olunan standartlara uyğun imtahan keçiririk. İmtahanın çətin, yaxud rahat olması ilə bağlı ictimaiyyət fikir bildirə bilər. Lakin bu cəmiyyət arasında əsassız səs-küyə səbəb olmamalıdır. İmtahanda təqdim olunan mətn dördüncü sinifdə şagirdlərə təqdim olunmuşdu. Bununla bağlı təhsil mütəxəssislərinin ictimaiyyətdə mənfi rəy yaratması doğru deyil".
0 0

Şərhlər

Oxşar xəbərlər