Pilot məktəblərin direktor müavinləri üçün təlimlər keçirilir
17-03-2023, 07:09
376

Pilot məktəblərin direktor müavinləri üçün təlimlər keçirilir

TehsilForumu.Az xəbər verir ki ,Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi pilot məktəblərin direktor müavinləri üçün təlimləri davam etdirir.

İnstitutdan  bildirilib ki, təlimlər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” fəaliyyət istiqamətinə əsaslanır və “Regionlarda müasir metodik xidmətin təşkili” layihəsi üzrə müəyyənləşdirilmiş 66 pilot məktəbin direktor müavinləri üçün keçirilir. Təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrinin idarə heyətinin səriştəliliyinin artırılmasıdır.

Layihəyə cəlb edilmiş direktor müavinlərinə “Diferensial yanaşma” və “Məktəbdə sənədləşmə işinin təşkili” mövzularına dair təlimlər keçirilib. Təlimlərdə şagird nailiyyətlərinin yüksəldilməsində diferensial təlimin rolu, tapşırıqların hazırlanması, sənədlərin tərtibatına verilən tələblər barədə müzakirələr aparılıb.

Eyni zamanda, iştirakçılar real dərsin planlaşdırılmasında diferensial təlim elementlərinin tətbiqi və təlim prosesinin effektiv təşkili ilə bağlı praktik məşğələlərdə iştirak ediblər.

Qeyd edək ki, həmin məktəblərdə monitorinqlərin aparılması və prosesə cəlb olunan əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlərin mütəmadi şəkildə və hibrid formada təşkili nəzərdə tutulur.
0 0

Şərhlər

Oxşar xəbərlər