Rektor əlaçı və yüksək nəticə göstərən tələbələrlə görüşüb
16-03-2023, 11:00
295

Rektor əlaçı və yüksək nəticə göstərən tələbələrlə görüşüb

TehsilForumu.Az - Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova əlaçı, həmçinin imtahanlarda yüksək nəticə göstərmiş tələbələrlə görüşüb.

AzMİU-dan  bildirilib ki, görüşdə prorektorlar, fakültə dekanları və tələbə təşkilatlarının rəhbərləri iştirak ediblər.

Professor Gülçöhrə Məmmədova göstərdikləri müvəffəqiyyətə görə tələbələri təbrik edib və onlara yeni uğurlar arzulayıb. Tədrisin daha da təkmilləşdirilməsi, elmi-texniki yeniliklərin tətbiqi və beynəlmiləlləşmə ilə bağlı AzMİU-da görülən işlərdən, həmçinin planlardan danışan rektor bildirib ki, inkişaf üçün axtarışlar davam edir.

Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-da tələbələrin biliyinin qiymətləndirilməsi, imtahanların təşkili və keçirilməsi ilə bağlı bütün mümkün tədbirlər görülüb. Bununla belə, hansısa çatışmazlıq olarsa, aradan qaldırılması üçün tələbələrdən təkliflər gözlənildiyini deyən rektor tələbələr arasında keçirilən sorğulara, onların universitet rəhbərliyi ilə görüşlərinə diqqət çəkib və tələbələri təşəbbüskar olmağa çağırıb.

Görüş diskussiya formatında davam etdirilib, tələbələr tərəfindən suallar və təkliflər səsləndirilib.

Sonda rektor tərəfindən 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasında hər fakültə üzrə ən yüksək akademik nəticə göstərən tələbələrə diplomlar təqdim edilib.
0 0

Şərhlər

Oxşar xəbərlər