Şirvan -Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində layihələrin yazılması ilə bağlı görüş keçirilib.
14-03-2023, 20:26
314

TehsilForumu.Az xəbər verir ki , Görüşdə layihələrin hazırlanması, layihə çərçivəsində problemin qoyuluşu, məqsəd və vəzifələr, görüləcək işlər, layihənin icra müddəti, gözlənilən nəticələr, qurulacaq əməkdaşlıq, layihənin monitorinq və davamlılığı, qiymətləndirilməsi və hesabatlılığı və layihənin büdcəsinin hazırlanması barədə ətraflı məlumat verilib. 
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu davam edir. Layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək. 

Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.

0 0

Şərhlər

Oxşar xəbərlər