ADPU-nin Quba filialın da - “MULTİ Gənclik” layihəsi davam edir!
14-03-2023, 16:38
257

ADPU-nin Quba filialın da - “MULTİ Gənclik” layihəsi davam edir!

TehsilForumu.Az xəbər verir ki  , Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi 16- cı qrant müsabiqəsinin qalibi olan Uğurlu Gələcək İctimai Birliyinin “MULTİ Gənclik” layihəsinin 4- cü günü arxada qalıb.
    Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən layihənin dördüncü günü ilk olaraq ADPU-nin Quba filialının Riyaziyyat və təbiət elmləri fakültə dekanlığının əməkdaşı, təlimçi Nəhayət Şirinova tərəfindən “ Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda təqdimat baş tutub. 
     Qeyd edək ki, ümumilikdə 200 gənci əhatə edəcək layihənin əsas məqsədi multikulturalizm ölkəsi olan Azərbaycanda müxtəlif etnik qruplardan olan gənclər arasında mübadilənin artırılması, gənclərimizin milli-mənəvi dəyərlərə və Azərbaycançılıq idealogiyasına, multikulturalizm ənənələrinə bağlılığının qorunub saxlanmasına dəstək olmaqdır. Mart ayının 10-da yekunlaşmış layihə çərçivəsində gənclər arasında komanda işləri, intellektual oyun və bir sıra təlim, seminarların keçirilib.
0 0

Şərhlər

Oxşar xəbərlər