
Ümumi
14-03-2023, 15:52
159
Bu məzunlar üçün kolleclərə imtahan 14 mayda keçiriləcək
Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı 14 may tarixində keçiriləcək.
TehsilForumu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bu il 9-cu sinfi bitirənlərə gəldikdə isə DİM-dən bildirilib ki, onlar müsabiqədə buraxılış imtahanından qazandıqları nəticələr əsasında iştirak edirlər.
DİM-in məlumatına görə, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu 4-24 aprel tarixlərində aparılacaq.