Ali məktəblərə qəbul qaydalarını dəyişin!
14-03-2023, 07:20
546

Ali məktəblərə qəbul qaydalarını dəyişin!

“Ali təhsil müəssisələrinə qəbul qaydaları və imtahan formatı dəyişməlidir. Dünyanın heç bir ölkəsində ixtisas qrupları yoxdur və bu qədər fəndən imtahan götürülmür. Bu istismardı. Həm şagirdi, həm də valideyni!”.

 

 

TehsilForumu.Az AzEdu.az istinadən xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndiyev bildirib. Ekspert mövcud qəbul qaydalarının, imtahan formatının dəyişilməli olduğunu vurğulayıb.

 

 

Elçin Əfəndiyev imtahanlardan uğur qazanmaq üçün repetitorlara müraciət edən abituriyentlərin aylıq xərclərinə diqqət çəkib.

 

“6-7 fənn üzrə hazırlaşan bir abituriyent məktəb təhsili ilə kifayətlənmir və təhsili kənarda axtarır. Bu zaman isə ailə büdcəsi 1 fənn üzrə ən azı 70-80, bəzən isə ən çoxu 100-200, hətta 250-300 AZN xərc çəkməli olur. 6 fənn üzrə bir ailə aylıq 400 manatdan 1500 manatadək hazırlıqlara pul tökür. Bu istismar deyilsə nədir? Dövlət pulsuz təhsil verir, əziyyət çəkib təhsili qaytarın məktəbə!”. 

 

Ekspert dünya ölkələrinin təcrübəsindən nümunə götürməyi tövsiyə edir.

 

“Vahid qəbul qaydası işlənib hazırlanmalıdır. Dünyanın qabaqcıl ölkələrinə və onların qəbul qaydalarına baxın.

 

Təhsili məktəbə qaytarın! Bu gün yalnız məktəb təhsili ilə kifayətlənən məktəb şagirdləri Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 0-50 arası da bal toplaya bilmirlər. 50-300 bal aralığında nəticə göstərən şagirdlər təhsil mərkəzlərinin, kursların, repetitorların nəticəsidir”.  

 

Elçin Əfəndi bildirir ki, fənlərin sayı minimallaşdırılmalı, qəbul bir dəfə keçirilməlidir. Nəticələr də ən geci 10-15 gün ərzində elan olunmalıdır.
0 0

Şərhlər

Oxşar xəbərlər