Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıb.
25-02-2023, 11:03
363

Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıb.

TehsilForumu.Az - Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ötən 30 il ərzində Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla anıb. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, uonun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. İndiyə qədər 10-dan çox ölkə, İslam Əməkdaşlıq Təşkilatı və ABŞ-ın bir çox ştatları Xocalı faciəsini soyqırımı kimi tanıyıb, müxtəlif bəyanatlar, qətnamələr qəbul ediblər”. 

 Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: “Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”.Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımının əsl mahiyyəti Ulu Öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra üzə çıxmışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Ümummilli Lider bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açaraq demişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı həqiqətlərinin, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görüblər. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən qurulub, ətrafında səliqə-sahman yaradılıb. Dövlət başçısı hər il fevralın 26-da dövlət və hökumət, habelə ictimaiyyət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident İlham Əliyevin xarici siyasət kursunda mühüm yer tutur. Bu barədə həqiqətlərin, erməni vandalizminin, törətdikləri qətliamların beynəlxalq aləmə, dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən fəal və məqsədyönlü tədbirlər həyata keçirilir. Fondun təşkilatçılığı və diaspor üzvlərinin dəstəyi ilə hər il Xocalı faciəsinin ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində faciə qurbanları yad edilir, sərgilər, görüşlər, icazəli aksiyalar keçirilir, xarici ölkə vətəndaşlarına soyqırımdan bəhs edən kitablar, jurnallar, bukletlər çatdırılır. 2020-ci ilin noyabrında işğalçı Ermənistan silahlı qüvvələri üzərində qazanılan qələbədən sonra faciə ilə bağlı kitablara, görüşlərə, tədbirlərə xarici ölkə vətəndaşlarının marağı daha da çoxalıb. Ermənilərin işğalçılıq siyasətinə və haqsız ərazi iddiasına qarşı çıxan insanların, ölkələrin sayı artıb. Fondun fəaliyyəti sayəsində əvvəlki illərdən fərqli olaraq, indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri barədə daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə qonşu Rusiya Federasiyasında, qardaş Türkiyə Cümhuriyyətində, İsraildə, Pribaltika ölkələrində, Almaniyada, Londonda, İspaniyada, İtaliyada, hətta okeanın o tayında - uzaq Amerikanın müxtəlif ştatlarında keçirilən və bütün dünyaya səs salan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası öz fəaliyyət missiyasını ildən-ilə genişləndirir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə həyata keçirilmiş söyqırımlar, mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı bir sıra əcnəbi dillərdə nəşr olunan kitab və bukletlər xarici ölkələrdə yayımlanır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ingilis və rus dillərində nəşr olunan “Xocalıya ədalət” kitabı bu gün dünyanın bir sıra ölkələrində sülhsevər insanların stolüstü kitabına çevrilmişdir. Kitabda faciəyə dair fotolar, hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə aid faktlar təqdim edilir, həmçinin Xocalıda törədilmiş əməllərin hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin məsuliyyətsizliyi beynəlxalq hüquqi əsaslarla izah olunur. 

YAP FEALI.
RUSTEMOVA KEMALE.
0 0

Şərhlər

Oxşar xəbərlər