Zal nəzarətçisi olmaq istəyənlər üçün qəbul elan edilib- DİM
24-02-2023, 12:25
7 856

Zal nəzarətçisi olmaq istəyənlər üçün qəbul elan edilib- DİM

Dövlət İmtahan Mərkəzinin Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına zal nəzarətçisi qismində ali təhsilli musiqiçi şəxslər tələb olunur.

 

TehsilForumu.Az  xəbər verir ki, instrumental ifaçılıq, xalq çalğı alətləri ifaçılığı, musiqişünaslıq, bəstəkarlıq, dirijorluq, populyar musiqi və caz ifaçılığı, vokal sənəti ixtisasları üzrə ali təhsili , bu sahə üzrə iş təcrübəsi (pedaqoji və ya ifaçılıq) və sənədlərlə işləmək bacarığı olan şəxslər musiqi sənəti istiqaməti üzrə keçirilən qabiliyyət imtahanlarında zal nəzarətçisi olmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər.

 

Qeyd: Musiqi sənəti istiqaməti üzrə imtahanlar iyun-avqust aylarında şənbə və bazar günləri daxil olmaqla həftə ərzində keçirilir. İmtahanlar gün ərzində 1 və ya 2 növbəli olur. Hər növbə üçün müvafiq əmək haqqı ödənilir.

 

Nəzarətçinin vəzifələri:

- Abituriyentin sənədlərini yoxlamaq;

- İmtahan zalında nizam intizam qaydalarını qorumaq;

- Videoçəkilişin aparılması üçün lazımi avadanlıqla işləmək;

- Abituriyentə verilən imtahan nəticəsi barəsində imtahan protokolunu doldurmaq.

Müraciət etmək istəyənlər anket formasını dolduraraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Ətraflı məlumat üçün namizədlər (012) 3105316 (daxili 1339) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
0 0

Şərhlər

Oxşar xəbərlər