
Ümumi
2-12-2021, 06:17
606
Təhsildə Keyfiyyət Təminatı Agentliyi aşpaz peşə ixtisası üzrə test imtahanı təşkil edib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aşpaz peşə ixtisası üzrə qeyri-formal və informal yollarla bilik, bacarıq, səriştə və təcrübə əldə etmiş vətəndaşlar üçün test imtahanı təşkil olunub.
Agentlikdən TehsilForumu.Az-a bildirilib ki, imtahanda iştirak etmək üçün paytaxt və regionlarda bu sahə üzrə fəaliyyət göstərən vətəndaşlar müraciət ediblər.
Biliyin qiymətləndirilməsi mərhələsində yüksək nəticə göstərən namizədlər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ əldə edəcək.
Yekunda uğurlu nəticə əldə edənlərə aşpaz peşə ixtisası üzrə təhsil sənədi təqdim olunacaq.
Şərhlər