Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorlarına "Məktəbdə sənədləşmə işinin təşkili" mövzusunda təlimlərə start verilmişdir.
30-01-2023, 10:10
393

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorlarına "Məktəbdə sənədləşmə işinin təşkili" mövzusunda təlimlərə start verilmişdir.

TehsilForumu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 24.01.2023-cü il tarixdən Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorlarına "Məktəbdə sənədləşmə işinin təşkili" mövzusunda təlimlərə start verilmişdir.


İdarənin İnzibati təşkilat sektorunun baş məsləhətçisi Aqil Bəşirov tərəfindən həyata keçirilən təlimdə ilk öncə təlimə cəlb edilmiş direktorların bilik və bacarıqlarının səviyyəsini müəyyən etmək məqsədilə ilkin olaraq onların diaqnostik qiymətləndirməsi həyata keçirilmişdir. 
Həyata keçirilən təlimin məqsədi sənədlərin vaxtında və düzgün işlənilməsi, təhsil müəssisələrində sənədləşmə işlərinin keyfiyyətinin yüksəldilməsi və məktəb rəhbərlərinin bu sahədə yüksək səriştəyə malik olmasını təmin etməkdir.


Şirvan-Salyan Regional Təhsil İdarəsinin bütün ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə, direktor müavinlərinə, UBTR-ə, psixoloqlarına, kitabxana müdirlərinə, təsərrüfat müdirlərinə, mühasiblərinə, laborantlarına və kargüzarlarına növbəli şəkildə ilkin diaqnostik qiymətləndirmə və təlimlər nəzərdə tutulmuşdur.


0 0

Şərhlər

Oxşar xəbərlər