Müəllimlərin izləməli olduqları filmlər ....
30-01-2023, 08:00
538

Müəllimlərin izləməli olduqları filmlər ....

TehsilForumu.Az təqdim edir.

Müəllimlər üçün faydalı olacaq bir neçə filmi təqdim edir:

 

“Good Will Hunting”- “Ağıllı Uill Hantinq”

 

Filmin baş qəhrəmanı, Uill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda, çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur.

 

Uillin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. O da bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Uill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.

 


“3 Idiots” – “3 Axmaq”

 

Hindistanın ən yaxşı mühəndislik məktəbinə başlayan şagirdlərin həyatını qısa olaraq izah edir.

 

Sistemin daim yarış üzərinə qurulduğu, hər kəsin ən yaxşı olmağa çalışdığı bir məktəbdə sistemi dəyişdirməyə çalışan bir şagird və onun ən yaxın 2 yoldaşı. Başlarından keçənlər, həyatdan əslində nə istədikləri. Ranco xarakterinin baş rol oynadığı film dram və komediya növünü ən yaxşı şəkildə bizə çatdırır.

 


“Like Stars on Earth” - “Yerdəki Ulduzlar kimi”

 

Film 2007-ci ildə hind aktyoru və rejissoru Əmir Xan tərəfindən çəkilib.

 

Disleksiya sindromundan (beynin funksiyasının pozulması nəticəsində oxuma və yazma qabiliyyətinin zəifliyi) əziyyət çəkən 7 yaşlı İşan Avasti həmçinin özünə qapanıq uşaqdır. Ailəsi onun oxuması üçün əlindən gələni etsə də, övladların diqqət dağınıqlığının səbəbini tapa bilmirlər. Bunu sadəcə uşaq eqoistliyi kimi qiymətləndirirlər. İşanın onlardan uzaq qalsa, fərqli mühitdə daha məsuliyyətli olacağını düşünüb, onu internat məktəbinə yazdırırlar. İlk aylar uşaq üçün çox çətin keçir, daha da aqressivləşir. Lakin burada rəsm müəllimi Ram Nikumbun sayəsində həyatı tamamilə dəyişir. Bacarığı ilə məktəbin ən uğurlu şagirdlərindən birinə çevrilir.

 

“Monsieur Lazhar” – “Canab Lazr”

 

Kanada ist5ehsüalı olan bu filmdə də, şagirdlərinin problemlərini öz problemi kimi həll edən müəllim obrazı görürük. Lakin, bu film pis təhsil sistemində deyil, güclü təhsil sistemində çalışan müəllimi nümayiş etdirir.

 

“Remember the Titans” - “Titanları xatırlayın”, İrqçi tutumların məşhur olduğu bir dövrdə lisey Amerika futbolu komandasına məşqçi təyin olunmuş zənci “Herman Boone”, həm komandanın içindəki zənci-ağ fərqliliyini ortadan qaldırmaq, həm cəmiyyətdəki o qəbulu dəyişdirmək həm də komandaya uğurlar qazandırmaq niyyətindədir. İdmanla bağlı çəkilən ən yaxşı filmlərdəndir. Həm də insana yaxşı motivasiya verir.


“Freedom Writers” – “Azadlıq Yazarları”

 

2007-ci il istehsalı filmdə “Erin Qruell” fərqli bir tədris metodikası istifadə edərək, şagirdlərin həyatındaki yaratdığı dəyişiklikdən bəhs edən filmdir. Baş rolda “Erin Qruelli”i  “Hilari Suonk” canlandırmışdır.

 

 “The History of Ron Clark” - “Ron Klarkın tarixcəsi”

 

“Qızıl Qlobus” və daha bir neçə nüfuzlu mükafata layiq görülən film 2006cı ildə amerikalı rejissor Renda Heyns tərəfindən çəkilib. 

Film real həyat hekayəsini əks etdirir. Əsas qəhrəmanının prototipi də elə Nyu-Yorkun Harlem qəsəbəsində yerləşən məktəblərin birinin müəllimidir. Əvvəllər Şimali Karolinada işləyən Ron daha çox afroamerikalıların məskunlaşdığı və təhsildən yayınan uşaqların statistikası ilə seçilən qəsəbə məktəbində çalışmağa qərar verir. Gənc müəllim məktəbin ən çətin idarə edilən sinfinə təyin olunur. Bu sinfə demək olar hər gün yeni müəllim gəlir və cəmi 1 saatlıq dərsdən sonra işdən ayrılırdı. Ron hətta şagirdlərin ailəsi ilə  tanış olmağa cəhd edir. Lakin qarşısına çıxan məsuliyyətsiz valideynlərdən sonra Ron uşaqları yalnız böyük zəhmət və sevgi hesabına qazanacağını anlayır. İnteraktiv təlim metodları, innovativ tədris üsulları və psixoloji dəstəklə indiyədək bu məktəbdə heç bir müəllimin bacarmadığı nəticəni göstərməyə nail olur.

 

“Detachment” – “Əvəzləyici Müəllim”

 

Henri Bart, şagirdləri ilə səmimi münasibət qura bilən çox istedadlı bir pedaqoqdur, ancaq bu qabiliyyəti arxa plana keçirərək müvəqqəti müəllimlik edir. Daimi bir müəllim gələnə qədər əvəzedici müəllim olaraq çalışan Henri, şagirdlər və ya həmkarları ilə emosional əlaqə qura bilmək üçün heç bir məktəbdə qala bilmir. Təyin olunduğu son ictimai məktəbdə şagirdlərin və hətta müəllimlərin bir qədər introvered olduqlarını və pessimist münasibət nümayiş etdirdiklərini başa düşür. Şagirdləri ilə ummadığı bir münasibət əldə edən Henri, məktəbdən qaçan bir şagirdi də küçələrdən ailəsinə geri qaytarır. Umidsizlik baxımından həyatda tək deyil amma, bu pessimist dünyada hələ sevilə biləcək şeylər də var.

 

“Dead Poets Society” – “Ölü şairlər cəmiyyəti”

 

Yeddi gənc: Nil Perri, Todd Enderson, Noks Overstrit, Çarli "Yeni möcüzə" Dalton, Riçard Kameron, Stiven Miks, Cerard Pitts,  ABŞ-ın məşhur "Wellton" akademiyasının şagirdləridirlər. Akademiyanın əsasında dörd prinsip dayanır: "Ənənə" ("Tradition"), "Şərəf" ("Honour"), "İntizam" ("Discipline")  və "Kamillik" ("Excellence").

 

Lakin, şagirdlər özləri "Hellton" ("cəhənnəm") adlandırdıqları məktəbin əsaslarına başqa məna : Parodiya"("Travesty"), "Dəhşət"("Horror")  , "Tənəzzül"("Decadence")   və "Zibil" ("Excrement").`

 

Olduqca maraqlı ssenariyə malik  film müəllimlər üçün çox maraqlı olacaq.

 
1 0

Şərhlər

Oxşar xəbərlər