BŞTİ müdiri: "Məktəb ailə və cəmiyyət arasında böyük bir körpüdür"
29-01-2023, 09:10
276

BŞTİ müdiri: "Məktəb ailə və cəmiyyət arasında böyük bir körpüdür"

"Məktəb ailə və cəmiyyət arasında böyük bir körpüdür".

TehsilForumu.Az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

BŞTİ müdiri bildirib ki, bu körpünün dayağı cəmiyyət və ailədir. 

"Körpü də möhkəm olmalıdır ki, onun üstündən keçmək mümkün olsun. Məktəbin və təhsilin daşıyıcısı da, aparıcısı da müəllimdir. Təhsil müəllimin keyfiyyətindən aşa bilmir. Ona görə də müəllim çox böyük missiya daşıyıcısıdır", - M.Vəliyeva əlavə edib.
0 0

Şərhlər

Oxşar xəbərlər