Buraxılış imtahanları 2 apreldə olacaq – Yalnız bu şəxslər üçün
24-01-2023, 12:02
457

Buraxılış imtahanları 2 apreldə olacaq – Yalnız bu şəxslər üçün

TehsilForumu.Az - Dövlət İmtahan Mərkəzi eksternat qaydada imtahan verənlərin buraxılış imtahanına daxil olması ilə əlaqəli məlumat yayımlayıb.

 

  DİM-ə istinadən bildirir ki, eksternat qaydasında imtahan verənlər buraxılış imtahanını 2 apreldə verəcəklər.

 

Buraxılış vərəqəsi imtahana 1 həftə qalmış Mərkəzin saytında yerləşdiriləcək. Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə elan olunacaq”.

 

 Eyni zamanda bu imtahan üçün DİM-ə əlavə qeydiyyat tələb olunmadığını bildirilib.

 

Əlavə məlumat olaraq qeyd edək ki, eksternat qayda sərbəst təhsilalma forması əsasında müstəqil hazırlaşıb, orta ümumtəhsil məktəblərində dərsdə iştirak etməyənlərə şamil olunan təhsil formasıdır.
0 0

Şərhlər

Oxşar xəbərlər