"Müəllim heç bir halda müəllim adına yaraşmayan davranışa yol verməməlidir"
24-01-2023, 11:30
647

"Müəllim heç bir halda müəllim adına yaraşmayan davranışa yol verməməlidir"

"Müəllim heç bir halda müəllim adına yaraşmayan davranışa yol verməməlidir".

TehsilForumu.Az  xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, müəllim öyrədən və tərbiyə verən bir şəxsdir:

"Tərbiyə vermək müəllimin bilavasitə vəzifəsidir. Hesab edirəm ki, məktəblərimizdə baş verən belə hallarla bağlı həyəcan təbili çalmağın vaxtı çatıb. Məktəblərdə direktor, valideyn və şagirdlərin iştirakı ilə ciddi tədbirlər həyata keçirilməlidir. Həm profilaktik söhbətlər aparılmalı, həm də maarifləndirmə tədbirləri görülməlidir".
0 0

Şərhlər

Oxşar xəbərlər